Netanyahunun sözlərinə görə, razılaşmaya əsasən İsrail, Livan və ABŞ mahiyyət etibarilə İrana belə bir mesaj verir: "Bu, sizin işiniz deyil. Burada heç bir statusunuz, iştirakınız və rolunuz yoxdur. Nə sizin, nə Hizbullahın, nə də hər hansı terror qruplaşmasının."
Baş nazir bildirib ki, bu çərçivə razılaşması İran üçün "böyük zərbə"dir, çünki Tehran İsraili Livanın cənubundan çıxarmağa nail ola bilməyib.
"Təhlükəsizlik zonasını Hizbullah və digər terror qruplaşmaları tərksilah edilənə qədər qoruyacağıq", – deyə Netanyahu bildirib və razılaşmanı "İsrail üçün tarixi nailiyyət" adlandırıb.
C