SON XƏBƏRLƏR

İranda qadınların motosiklet sürməsi hələ də vəddə qaldı

2026.06.27, 21:55
İranda qadınların motosiklet sürməsi hələ də vəddə qaldı

İranda qadın hüquqları yenə qanunların arasında ilişib qaldı!

Gunaz.tv

Günaz TV-nin verdiyi xəbərə görə; İranın Məhkəmə Hakimiyyətinin sədr müavini qadınların motosiklet sürməsinin dini baxımdan qadağan olmadığını bildirib. Lakin qanunun olmaması qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsinə mane olmağa davam edir.

İran Məhkəmə Hakimiyyətinin sədr müavini Hadi Sadiqi “İran” qəzetinə verdiyi müsahibədə deyib: “İndiyədək qadınlara motosiklet vəsiqəsinin verilməsi ilə bağlı heç bir qanun qəbul edilməyib, lakin qanun qəbul olunarsa, Məhkəmə Hakimiyyəti bu məsələdə qəti şəkildə razı olacaq.”

Sadiqi vurğulayıb ki, dini baxımdan qadınların motosiklet sürməsi üçün heç bir maneə yoxdur. O əlavə edib ki, bəzi din xadimlərinin ehtiyatlı yanaşmasının səbəbi hicab və iffət məsələsi ilə bağlı narahatlıqlardır və bu məsələ yalnız motosiklet sürməyə aid deyil.

O, həmçinin parlament nümayəndələrinə bu sahədə qanunları tezliklə dəyişdirməyi tövsiyə edib ki, qadınların motosiklet sürməsi məsələsi hüquqi şəkildə həll olunsun.

İranda qadınların uzun illərdir müxtəlif sahələrdə hüquqi və sosial məhdudiyyətlərlə üzləşdiyi bir vaxtda, İran prezidentinin parlament işləri üzrə müavini ötən il motosiklet sürücülüyü ilə bağlı qanunların dəyişdirilməsi üçün parlamentə qanun layihəsi göndərildiyini açıqlamışdı.

Kazım Delxoşun vədinə əsasən, qadınların motosiklet sürməsi “tezliklə” qanuniləşməli idi. Lakin bu vəd hələ də İran qurumlarının real addım atmasını gözləyir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar