SON XƏBƏRLƏR

Bəhreyn və Küveytdə təhlükə siqnalları işə düşdü

2026.06.28, 07:53
Bəhreyn və Küveytdə təhlükə siqnalları işə düşdü

Gunaz.tv

ABŞ-ın İran ərazisindəki hədəflərə qarşı həyata keçirdiyi hücumlardan sonra Bəhreyn və Küveytdə təhlükə siqnalları işə düşüb, hər iki ölkənin hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.

Məlumatlara görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) Bəhreyndə yerləşən ABŞ-ın Beşinci Donanma bazasını və Küveytdəki Əli əs-Salim bazasını raket və dronlarla hədəfə aldığını açıqlamışdı.

Bəhreyn və Küveyt orduları həyata keçirilən hücumların qarşısının alındığını və zərərsizləşdirildiyini bildirib.

İndiyədək ABŞ tərəfindən böyük miqyaslı zərər və ya geniş itkilərlə bağlı məlumat verilməyib.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar