SON XƏBƏRLƏR

Əli Babayi 10 gündür telefon danışığı və görüş hüququndan məhrum edilib.

2026.06.28, 10:20
Əli Babayi 10 gündür telefon danışığı və görüş hüququndan məhrum edilib.

Altı aydır Təbriz Mərkəzi Həbsxanasında saxlanılan azərbaycanlı türk fəal Əli Babayinin həyat yoldaşı İlham Cavanşir bildirib ki, həyat yoldaşı artıq 10 gündür telefon danışığı və ailə üzvləri ilə görüş hüququndan tamamilə məhrum edilib.

Gunaz.tv

Bu barədə İlham Cavanşir özünün "Instagram" hesabının hekayə bölməsində paylaşım edib.

Əli Babayi bundan əvvəl də siyasi məhbusları həbsxana əməkdaşlarının təzyiqlərindən müdafiə etdiyi üçün döyülmüş və təkadamlıq kameraya köçürülmüşdü.

O, həmçinin bir neçə digər məhbusla birlikdə siyasi məhbuslara qarşı rəftara etiraz olaraq aclıq aksiyası keçirmişdi.

Hazırda isə həbsdə saxlanılmaqla yanaşı, ona qarşı əlavə olaraq "rejim əleyhinə təbliğat aparmaq" ittihamı da irəli sürülüb.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar