SON XƏBƏRLƏR

Tehran Prokurorluğu xaricdə yaşayan fəallara qarşı ittihamlar irəli sürüb

2026.06.29, 09:39
Tehran Prokurorluğu xaricdə yaşayan fəallara qarşı ittihamlar irəli sürüb

Tehran Prokurorluğu xaricdə yaşayan bir sıra siyasi və media fəallarına qarşı ittihamlar irəli sürüb.

Gunaz.tv

Bu haqda "Fars" xəbər agentliyi məlumat yayıb.

Həmin media qurumları və şəxslər yanvarın 8 və 9-da İranda keçirilən etiraz aksiyalarına "zəmin yaratmaq"da günahlandırılıblar.

Barələrində ittiham irəli sürülən şəxslərdən birinin İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin Amerikada yaşayan oğlu Rza Pəhləvi olduğu bildirilib.

"Fars" agentliyi əlavə məlumat vermədən işin yaxın günlərdə baxılması üçün məhkəməyə göndəriləcəyini yazıb.

Məlumatda ittihamların süburları və başqa detallar barədə məlumat verilməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar