SON XƏBƏRLƏR

Abbas Lisani və Yusif Kari aclıq aksiyası keçirir

2026.06.30, 10:26
Abbas Lisani və Yusif Kari aclıq aksiyası keçirir

Tehranın Evin həbsxanasında saxlanılan milli fəallar Abbas Lisani və Yusif Kari iyunun 28-dən aclıq aksiyasına başlayıblar.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bu, onların saxlanıldıqları kameralardan ayrı-ayrılıqda ağır cinayətlər törətmiş məhbusların kameralarına köçürülmələrindən sonra baş verib.
 
Onlar, həbsxana rəhbərliyinin məhbusların ittihamlarına görə təsnifatlandırma prinsipinə riayət etməməkdə günahlandırıblar.

Milli məhbuslar, həbsxana rəhbərliyinin bu hərəkətini təhlükəsizlik qüvvələrinin sfarişi əsasında və özlərinə qarşı təzyiq və əlavə cəza vasitəsi olduğunu bildiriblər.

Qeyd edək ki, Abbas Lisani, Əli xeyrucu, Behzad Dəşti və Yusif Kari 2025-ci il noyabrın 11-də Tehranda Evin həbsxanasının qarşısında aclıq aksiyası keçirən azərbaycanlı məhbs fəallara dəstək üçün oturaq aksiya keçirdikləri vaxt həbs ediliblər.

Bir müddət əvvəl Behzad Dəşti və Əli Xeyrcu girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilsələr də Abbas Lisani və Yusif kari Evin həbsxanasındakı 209 saylı istintaq təcridxanasına, 2025-ci ilin dekabr ayının 31-də isə həbsxananın 7-ci karantin bölməsinə köçürülüblər.

Onlara qarşı "qanunsuz qrupa üzv olmaq", "ölkənin milli təhlükısizliyinə qarşı toplaşmaq və əlbir olmaq" və "ictimai asayişi pozmaq" ittihamları irəli sürülüb.

Adı çəkilən fəalların hamısı bundan əvvəl də dinc mədəni və milli fəaliyyətlərinə görə bir neçə dəfə həbs olunublar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar