SON XƏBƏRLƏR

Təbrizdə tarixi yer adları bərpa edilsin-Bərgi

2026.06.30, 16:00
Təbrizdə tarixi yer adları bərpa edilsin-Bərgi

Təbriz şəhərinin kimliyini əks etdirən tarixi yer və məhlə adları bərpa olunmalıdır.

Gunaz.tv

Bunu Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgi deyib.

"Misal üçün tarixi Dəvəçi məhəlləsi rəsmi sənədlərdə dəyişdirilib "Şəms Təbrizi", Gümüşqaya isə "Dəmeşqiyyə" yazılsa da, xalq onları elə köhnə tarixi adları ilə adlandırır, ona görə də, bu yerlərin qədim və əsil adlarının bərpası vacibdir",- o bildirib.

O, əlaqədar dövlət qurumlarına xitabən deyib ki, qədim adların bərpası barədə Urmiya Şəhər Şurasından nümunə götürülməli və tarixi adlanrın geri qaytarılmalıdır:

"Urmiya Şəhər Şurasının qərarına görə sonradan adları dəyişdirilmiş "Doşaxana, "Dərvişlər", "Dəmirçilər", "Şır-şıra" və başqa bu kimi qədim adlar bərpa olunub. Bu sə şəhərin tarixi kimliyinin bərpası və qorunması deməkdir. Təbrizdə də eyni iş həyata keçirilməli, şəhərin kimliyi qorunmalıdır".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar