M.Rütte bunu "Financial Times" qəzetinə müsahibəsində bildirib.
"Əgər ümumi mənzərəyə baxsanız, görərsiniz ki, Avropa ölkələri öz vədlərini yerinə yetirirlər. "Epik qəzəb" əməliyyatını dəstəkləmək üçün Avropa hava limanlarından 4 min, bəlkə də 5 minə qədər Amerika uçuşu həyata keçirilib", - NATO-nun baş katibi deyib.
Onun sözlərinə görə, Avropa bir daha ABŞ-nin güc proyeksiyası üçün əsas platformaya çevrilib.
Eyni zamanda, Rütte etiraf edib ki, ABŞ-də Avropa müttəfiqlərinin ikitərəfli öhdəliklərini tam yerinə yetirmədiyi ayrı-ayrı hallarla bağlı narazılıqlar qalmaqdadır.
"Mən demirəm ki, məyusluğa səbəb olan ayrı-ayrı hallar mövcud deyil, lakin ümumilikdə mənzərə çox müsbətdir", - o qeyd edib.
C