SON XƏBƏRLƏR

Vens: İran ABŞ-la danışıqlarda “fars hiyləsindən” istifadə edir

2026.07.01, 09:28
Vens: İran ABŞ-la danışıqlarda “fars hiyləsindən” istifadə edir

ABŞ-ın vitse-prezidenti Cey Di Vens çərşənbə axşamı Maykls Nouls Şou verilişində çıxışı zamanı İranın ABŞ-la danışıqlarda “fars hiyləsi”ndən istifadə etdiyini bildirib.

Gunaz.tv

“İranlılarla bağlı mənə həm maraqlı, həm də məyusedici gələn məqamlardan biri odur ki, onlar sülh danışıqlarının getmədiyini deyirlər, amma eyni zamanda Vaşinqton və Tehran arasında sülh sazişi ilə bağlı texniki danışıqlar aparılır”, – deyə Vens bildirib.

“Bu, danışıq taktikası və ya hansısa fars hiyləsidirmi, bilmirəm”, – o əlavə edib.

Vens bildirib ki, İranla danışıqlarda hələ “oynanılacaq çox oyun qalıb” və Prezident Donald Trampın əsas məqsədi “daim Amerika xalqı üçün üstünlük əldə etməyin yollarını axtarmaqdır.”

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar