SON XƏBƏRLƏR

Suriyada 3 türkmana vəzifə verilib

2026.07.01, 22:14
Suriyada 3 türkmana vəzifə verilib

Suriya Prezidenti Əhməd Əl Şaraa Xalq Məclisində 3 türkmana vəzifə verib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Suriyadakı səfiri "X" sosial şəbəkə hesabında yazıb.

"Suriya Prezidenti Əhməd Əl Şaranın bu gün etdiyi təyinatlarda Xalq Məclisinə 3 türkmən qardaşımız da seçilib", - N. Yılmaz bildirib.

Onun sözlərinə görə, Əbdürrəhman Mustafa (Suriya Türkman Məclisinin Sədri) Hələb, İmad Barak Homs, Xəlil Dərdə Abdullah isə Rəqqa şəhəri üzrə təyinat alıb:

"Türkman qardaşlarımızı da xüsusən təbrik edir, güclü Suriya üçün xeyirli xidmətlər diləyirəm".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar