SON XƏBƏRLƏR

İrana bloklanmış pullar mal şəklində gələcək- təsdiqlədi

2026.07.01, 22:15
İrana bloklanmış pullar mal şəklində gələcək- təsdiqlədi

Qəribabadi: Qətərdəki azad edilmiş vəsaitlərin bir hissəsi mal şəklində İrana çatacaq.

Gunaz.tv

GunAz TV-nin məlumatına görə, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Qətərdə bloklanmış 6 milyard dollar vəsaitin bir hissəsi nağd pul əvəzinə mal formasında Tehranın istifadəsinə veriləcək.

Qəribabadi deyib ki, ABŞ-la Dohada keçirilən dolayı danışıqlarda bu vəsaitlərin bir hissəsinin xərclənməsi məsələsi müzakirə olunub və İran üçün lazım olan malların alınaraq ölkəyə göndərilməsi nəzərdə tutulur.

O həmçinin qeyd edib ki, İran və ABŞ nümayəndə heyətləri arasında heç bir birbaşa görüş keçirilməyib.

Bu açıqlama Donald Trampın daha əvvəl azad ediləcək vəsaitlərin ərzaq məhsullarının alınmasına istifadə olunmalı olduğunu bildirməsindən sonra verilib.

Qəribabadi həmçinin İran və ABŞ arasındakı anlaşmanın icrasını izləmək üçün “təcili əlaqə kanalı” yaradıldığını açıqlayıb.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar