SON XƏBƏRLƏR

SENTKOM və 12 ölkə müdafiə əməkdaşlığına başladı; Suriya və Livanın tarixi iştirakı

2026.07.01, 22:31
SENTKOM və 12 ölkə müdafiə əməkdaşlığına başladı; Suriya və Livanın tarixi iştirakı

SENTKOM-un toplantısında diqqətçəkən iştirak; Livan və Suriya ilk dəfə regional müdafiə masasında!

Gunaz.tv

GunAz TV-nin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (SENTKOM) Bəhreyndə 12 ölkənin hərbi komandirlərinin iştirakı ilə regional təhlükəsizlik toplantısının keçirildiyini açıqlayıb.

Toplantı Bəhreyn Müdafiə Qüvvələrinin ev sahibliyi ilə keçirilib. Görüşdə SENTKOM-un komandanı Bred Kuper və Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəmənin hərbi rəsmiləri iştirak edib.

İştirakçılar regiondakı təhlükəsizlik vəziyyəti, müdafiə əməkdaşlığının gücləndirilməsi, Hörmüz boğazından azad gəmiçiliyin və ticarət axınının qorunması məsələlərini müzakirə ediblər.

Bred Kuper bildirib ki, ABŞ regional tərəfdaşları ilə yaxın əməkdaşlığı davam etdirəcək və bu görüş tərəflərin regionda təhlükəsizlik və sabitliyin qorunmasına dair ortaq öhdəliyini göstərir.

SENTKOM həmçinin qeyd edib ki, bu, ilk dəfədir Suriya və Livanın hərbi komandirləri ABŞ rəhbərliyində keçirilən regional müdafiə toplantısında iştirak edirlər.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar