SON XƏBƏRLƏR

Pakistan və Səudiyyə Ərəbistanı XİN başçıları Dohadakı danışıqları müzakirə ediblər

2026.07.02, 20:58
Pakistan və Səudiyyə Ərəbistanı XİN başçıları Dohadakı danışıqları müzakirə ediblər

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Səudiyyə Ərəbistanından olan həmkarı Feysəl bin Fərhan Al Səud arasında telefon danışığı baş tutub.

Gunaz.tv

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində məlumat yayılıb.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər regional vəziyyəti, xüsusilə Dohada keçirilən son vasitəçilik danışıqlarını müzakirə ediblər.

Nazirlər danışıqlarda əldə olunan müsbət irəliləyişdən məmnunluqlarını ifadə edib, müzakirələrin yaxın gələcəkdə də davam etdiriləcəyinə ümid etdiklərini bildiriblər.

Səudiyyə Ərəbistan XİN başçısı Pakistanın İslamabad Memorandumunun icrası istiqamətində göstərdiyi səyləri və bu prosesə sadiqliyini, həmçinin regionda dialoqun inkişafı və davamlı sülhün təşviqində oynadığı rolu yüksək qiymətləndirib.
 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar