SON XƏBƏRLƏR

Hörmüz Boğazında üç rəqib yol

2026.07.03, 10:51
Hörmüz Boğazında üç rəqib yol

Hazırda Hörmüz boğazından keçid üçün üç fərqli yol formalaşıb: Oman ərazi sularına yaxın güney yolu, müharibədən əvvəl istifadə olunan orta yol və İranın nəzarətində olan quzey yolu.

Gunaz.tv

İranın təsdiqləmədiyi yollardan istifadə edən gəmilər hədəfə çevrilmək riski ilə üzləşirlər. Digər tərəfdən, İran yolu ilə hərəkət edən gəmilər isə əldə olunmuş razılaşmanın pozulacağı təqdirdə Qərbin sanksiyalarına məruz qalmaqdan ehtiyat edirlər.

Gəmiçilik üzrə kəşfiyyat şirkəti Kplerin analitiki CNN-ə bildirib ki, mübahisələr avqustun ortalarınadək həll olunmasa, hər üç yoldan istifadə daha xaotik və təhlükəli xarakter alacaq.

Beynəlxalq Dəniz Təşkilatı tərəfindən 1968-ci ildə müəyyən edilmiş ənənəvi gəmi hərəkətinin ayrılması sxemi (Traffic Separation Scheme) əsasında müəyyən edilən orta yol marşrutu dəniz minalarının yerləşdirilməsi səbəbindən faktiki olaraq bağlı qalıb. Bununla belə, Tehran müharibəyə son qoyan memorandum çərçivəsində həmin minaları 30 gün ərzində təmizləməyi öhdəsinə götürüb.

Hazırda gəmi hərəkəti iki yol üzrə həyata keçirilir: biri Oman sahillərinə yaxın, digəri isə İran sahilləri boyunca. İran Hərbi Dəniz Qüvvələri isə gəmilərə yalnız Larak adasının güneyindən keçmələri barədə xəbərdarlıq edib.

Beynəlxalq Dəniz Təşkilatı isə gəmilərə Oman sahillərinə yaxın sulardan keçməyi tövsiyyə edir.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar