SON XƏBƏRLƏR

Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)

2026.11.20, 09:35
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)

Gunaz.tv

“Fox News” telekanalı bu şəbəkənin analitiki Rebeka Heynrixə istinadən yayımladığı reportajda Ukrayna qüvvələrinin Rusiyanı Krım yarımadası ilə birləşdirən ən mühüm kommunikasiya və təchizat marşrutlarından biri olan Kerç körpüsünə uğurlu hücumunun Vladimir Putinin hərbi mövqeyinə və nüfuzuna ağır zərbə vurduğunu bildirib.

“Fox News”un analitiki Putinin son dərəcə məyus və qəzəbli olduğunu deyib. Analitikin qiymətləndirməsinə görə, bu hücum Putinin Ukrayna müharibəsi ilə bağlı diplomatik sahədə də təzyiqlərlə üzləşdiyi bir vaxtda onun vəziyyətini daha da mürəkkəbləşdirib. O, həmçinin hesab edir ki, Ukraynanın döyüş meydanında əldə etdiyi son uğurlar Putinin müharibənin başa çatdırılması üçün ciddi danışıqlara hazır olma ehtimalını azalda bilər.

Rusiyanı Krımla birləşdirən Kerç körpüsü Moskvanın bu yarımadaya hərbi texnika və qüvvə daşıması üçün mühüm marşrutlardan biridir. Körpünün zədələnməsi Rusiyanın Krımdakı mövqelərinə hərbi dəstək verməsini çətinləşdirə bilər.

Ukrayna qüvvələri hücumdan əvvəl körpünü qoruyan radar sistemlərini sıradan çıxarıb, daha sonra yerli istehsal olan raket və pilotsuz uçuş aparatlarından istifadə edərək bu strateji tikilinin bir hissəsini dağıdıblar. Körpünün bir hissəsinin dənizə düşməsi hərbi nəticələrlə yanaşı, Kremlə simvolik zərbə kimi qiymətləndirilir.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar