SON XƏBƏRLƏR

Tehranda Əli Xamenei ilə vida mərasimi keçirilir

2026.07.03, 13:29
Tehranda Əli Xamenei ilə vida mərasimi keçirilir

Bu gün səhər saatlarından başlayaraq Tehran Müsəllasında İranın keçmiş rəhbəri Əli Xameneinin vida mərasimində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən rəsmi nümayəndə heyətlərinin Tehrana səfəri davam edir.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, Oman nümayəndə heyəti, Ermənistan prezidenti Nikol Paşiniyan, Gürcüstan prezidenti Mixail Kavalaşvili, türkiyə prezidentinin müavini Cövdət Yılmaz, İraq prezidenti Nəzar Amidi mərasimə qatılıb.

Bununla yanaşı mərasimdə Livanın Hizbullah qruplaşmasının bir sıra üzvləri və komandirləri, Banqladeş parlamentinin nümayəndə heyəti və bu ölkənin "İslam İcması"nın üzvləri, Livanın bəzi siyasi partiyalarının nümayəndələri, İraq Kürdüstanından tayfa başçıları, Fələstin, Rusiya, Gürcüstan, Hindistan, Tayland və başqa bir neçə ölkədən şiə icmalarının üzvləri də iştirak edir. 
  
Vidamərasimində İranda dini təhsil alan bir neçə ölkənin tələbələri, SEPAH-a bağlı əfqanistanlı şiələrdən ibarət "Fatemiyyun" və Pakistanın "Zeynəbiyyun" qruplaşmalarının nümayəndələri də iştirak edirlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar