SON XƏBƏRLƏR

Avropa: İran təhdidi ilə Ukrayna müharibəsi bir-biri ilə əlaqəlidir

2026.07.04, 16:30
Avropa: İran təhdidi ilə Ukrayna müharibəsi bir-biri ilə əlaqəlidir

Avropa: İran və Rusiya təhdidləri bir-birinə bağlıdır.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, NATO sammiti ərəfəsində bir qrup avropalı mühafizəkar qanunverici bildirib ki, İran təhdidi və Ukrayna müharibəsi ayrı-ayrı məsələlər deyil və hər ikisinə eyni vaxtda qarşı çıxmaq lazımdır.

Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun sədr müavini Asita Kanko deyib: “Ukrayna bizim üçün çox önəmlidir, İran da elə.” O, İranın proksi qüvvələrinin fəaliyyəti və Rusiyaya “Şahid” pilotsuz uçuş aparatları göndərilməsinə toxunaraq əlavə edib: “Biz deyə bilmərik ki, yalnız bir müharibədə döyüşürük, digərində isə yox.”

Bu açıqlamalar ABŞ-ın İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatından sonra Vaşinqtonla bəzi Avropa ölkələri arasında İrana münasibətlə bağlı fikir ayrılıqlarının yarandığı bir vaxta təsadüf edir.

Heyət üzvləri bildiriblər ki, məqsədləri İran məsələsi ilə bağlı fikir ayrılıqlarının NATO daxilində daha böyük parçalanmaya çevrilməsinin qarşısını almaqdır.

 


Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar