SON XƏBƏRLƏR

Tramp Putin və Zelenski ilə danışdı

2026.07.05, 05:33
Tramp Putin və Zelenski ilə danışdı

Tramp: Rusiya-Ukrayna müharibəsi, İran və NATO gündəmdə müzakirə olundu.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp şənbə günü Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrı-ayrı telefon danışığı apararaq, Ukrayna müharibəsi, İran, Yaxın Şərqdəki proseslər və yaxınlaşan NATO sammitini müzakirə edib.

Kremlin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Tramp və Putin 85 dəqiqəlik telefon danışığında NATO sammitini nəzərə alaraq Ukrayna müharibəsinin dayandırılması yollarını və İranla bağlı prosesləri müzakirə ediblər.

Volodimir Zelenski isə Tramp ilə danışığını “çox yaxşı” adlandırıb və tərəflərin döyüş xəttindəki vəziyyət, diplomatik səylər və müharibənin sonlandırılması perspektivləri barədə fikir mübadiləsi apardığını bildirib. Onun sözlərinə görə, tərəflər bu danışıqları NATO sammiti çərçivəsində davam etdirmək barədə razılığa gəliblər.

NATO-ya üzv 32 ölkənin lider və nümayəndələrinin çərşənbə axşamından etibarən keçiriləcək sammit üçün bir araya gələcəyi bildirilir.

Kremlin açıqlamasına görə, Putin telefon danışığında Rusiya qüvvələrinin cəbhədə irəliləyiş əldə etdiyini iddia edib. Lakin yayılan bəzi hesabatlar son aylarda cəbhə xəttində ciddi dəyişiklik olmadığını və sülh danışıqlarının hələ də dalana dirəndiyini göstərir.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar