SON XƏBƏRLƏR

İsrail BƏƏ-yə “Dəmir Qübbə” sistemi göndərdiyini rəsmən təsdiqləyib

2026.07.05, 12:29
İsrail BƏƏ-yə “Dəmir Qübbə” sistemi göndərdiyini rəsmən təsdiqləyib

İsrailin nəqliyyat naziri Miri Regev İranla müharibənin əvvəlində İsrailin Birləşmiş Ərəb Əmirliklərində “Dəmir Qübbə” raketdən müdafiə sisteminin bir batareyasını yerləşdirdiyini təsdiqləyib.

Gunaz.tv

Nazir bildirib ki, bu qərar ballistik raket təhlükəsinin miqyası ilə əlaqədar qəbul edilib: “Onlar başa düşürdülər ki, ballistik raketlər ən ciddi problemlərdən biridir”.

Miri Regev “Dəmir Qübbə” sisteminin BƏƏ-də yerləşdirildiyini təsdiqləyən ilk İsrail rəsmisi olub.

Bundan əvvəl ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi də bunu təsdiqləmişdi.

Qeyd edək ki, münaqişə zamanı İran BƏƏ-yə qarşı uzunmüddətli hücumlar həyata keçirərək təxminən 550 ballistik və qanadlı raket, həmçinin 2200-dən çox pilotsuz uçuş aparatı buraxıb.

 


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar