SON XƏBƏRLƏR

ABŞ Azərbaycana təşəkkür etdi

2026.07.05, 14:49
ABŞ Azərbaycana təşəkkür etdi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyi Birləşmiş Ştatların müstəqilliyinin 250 illiyi münasibətilə Heydər Əliyev Mərkəzinin binasının ABŞ bayrağının qırmızı, ağ və mavi rəngləri ilə işıqlandırılmasına görə Azərbaycan Respublikasına təşəkkür edib.

Bununla bağlı səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

Paylaşımda bu təşəbbüsün böyük məmnunluq və minnətdarlıq hissi ilə qarşılandığı bildirilib.

Bəyanatda deyilir: “Bu görüntü ABŞ ilə Azərbaycan arasında 30 ildən artıq davam edən dostluğun gözəl rəmzidir və 8 avqustdan bu günədək birlikdə əldə etdiyimiz irəliləyişi xatırladır.”

 


Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar