SON XƏBƏRLƏR

Rusiyanın daha bir şəhərində benzin tükəndi

2026.07.05, 18:40
Rusiyanın daha bir şəhərində benzin tükəndi

Rusiyada benzin qıtlığı genişlənir.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Rusiyanın Çita şəhərində yanacaqdoldurma məntəqələrində benzin qıtlığı yaranıb və bir sıra məntəqələrdə benzin tamamilə tükənib.

Rusiya KİV-lərinin və "Telegram" kanallarının yaydığı məlumata əsasən, hazırda Çita şəhərində "Kors", "BRK" və "Neftemarket" yanacaqdoldurma şəbəkələrinə məxsus məntəqələrdə benzin mövcud deyil.

Məlumata görə, benzin çatışmazlığı ilə üzləşən yanacaqdoldurma məntəqələrində sürücülər növbəti günlərdə yanacaq ala bilmək üçün gözləmə siyahısına qeydiyyatdan keçiblər.

Qeyd edək ki, son vaxtlar Rusiyanın müxtəlif bölgələrində yanacaq çatışmazlığı ilə bağlı məlumatlar yayılır. Bundan əvvəl də Novorossiysk şəhərində benzinin tükənməsi barədə xəbərlər yayılmışdı.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar