Məlumatda qeyd olunub ki, dənizçilər hərbi dəniz qüvvələri tərəfindən edilə biləcək çağırışlara hazır olmalı, həmçinin ənənəvi gəmi hərəkəti ayırma zolağında mina təhlükəsi olan əraziləri nəzərə almalıdırlar.
Bildirişə əsasən, gəmilər AIS (Avtomatik İdentifikasiya Sistemi) aktiv vəziyyətdə, radarlar işlək, naviqasiya işıqları yanılı və rabitədən normal qaydada istifadə etməklə gecə-gündüz güney marşrutu ilə hərəkət edə bilərlər.
JMIC həmçinin gəmilərə təhlükəsiz keçid marşrutları barədə məlumat almaq üçün ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz koordinasiya qurumları ilə əlaqə saxlamalarını tövsiyə edib.
C