SON XƏBƏRLƏR

ABŞ senatoru Xameneinin dəfn mərasimində səslənən təhdidlərdən sonra İranla danışıqların dayandırılmasına çağırıb

2026.07.07, 09:14
ABŞ senatoru Xameneinin dəfn mərasimində səslənən təhdidlərdən sonra İranla danışıqların dayandırılmasına çağırıb

ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan üzvü Rendi Fayn Əli Xameneinin dəfn mərasimindən yayılan və ABŞ Prezidenti Donald Trampın, siyasi fəal Laura Lumerin və digər amerikalı şəxslərin hədəf kimi göstərildiyi plakatlara reaksiya verərək Vaşinqtonun Tehranla danışıqlar aparmamalı olduğunu bildirib.

Gunaz.tv

Fayn X sosial şəbəkəsində yazıb:

"İranın liderləri Prezident Donald Trampın və Laura Lumerin hədəf göstərildiyi ölüm siyahılarını açıq şəkildə nümayiş etdirirlər. Bizi öldürmək istəyənlərlə danışıqlar aparmayacağıq, onları məhv etməliyik."

Fayn həmçinin bu aksiyada iştirak edən və ya onu dəstəkləyən şəxslərin ABŞ-yə girişinin qadağan edilməsinə və ya artıq ölkədə olanların deportasiya olunmasına çağırıb.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar