SON XƏBƏRLƏR

Hörmüz boğazında daha bir neft tankeri vuruldu

2026.07.07, 17:24
Hörmüz boğazında daha bir neft tankeri vuruldu

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Təşkilatı bildirib ki, çərşənbə axşamı, 7 iyul tarixində Hörmüz boğazından keçən bir neft tankeri naməlum mərmi ilə hədəfə alınıb.

Qurumun açıqlamasında bildirilib ki, tanker hücum nəticəsində “konstruktiv zədə” alıb. Lakin hadisə zamanı ölən və ya yaralanan olmayıb, həmçinin ətraf mühitin çirklənməsi qeydə alınmayıb.

Bu, Hörmüz boğazında neft tankerlərinə qarşı həyata keçirilən üçüncü hücumdur. Bundan əvvəl Səudiyyə Ərəbistanının xam neftini və Qətərin mayeləşdirilmiş təbii qazını daşıyan iki tanker hədəfə alınmışdı.

Reuters agentliyi həmin iki tankerin hücuma məruz qaldığını təsdiqləyib. Eyni zamanda, Axios iki amerikalı rəsmiyə istinadən xəbər vermişdi ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu həmin tankerlərə doğru ən azı iki raket atıb. İran isə bu iddiaya indiyədək heç bir reaksiya verməyib.

Hörmüz boğazında neft tankerlərinə qarşı hücumların artmasına baxmayaraq, indiyədək bu hadisələrin məsuliyyətini heç bir ölkə və ya qrup öz üzərinə götürməyib.

 

Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar