SON XƏBƏRLƏR

Əli Xameneinin cənazəsi İraqa gətirildi

2026.07.08, 09:06
Əli Xameneinin cənazəsi İraqa gətirildi

ABŞ və İsrailin hava hücumu nəticəsində həlak olan İranın keçmiş Əli Xameneinin nəşinin olduğu tabut İraqa çatdırılıb. Cənazə İraqın Nəcəf şəhərinin hava limanına xüsusi təyyarə eniş edib.

Gunaz.tv

Dəfn Təşkilatları üzrə Ali Komitə şiə müsəlmanları üçün müqəddəs Nəcəf və Kərbəla şəhərlərində dəfn mərasimləri üçün lojistik və texniki hazırlıqların tam başa çatdığını elan edib.

İraqda keçirilən dəfn mərasimlərində iştirak edən İran nümayəndə heyətinə prezident Məsud Pezeşkian rəhbərlik edir. O, Nəcəfə çatdıqdan dərhal sonra İraqın Baş naziri Əli əl-Zeydi ilə danışıqlar aparıb. İraqın Baş naziri bu mərasimlə bağlı 8 iyulu tətil günü elan edib.

İraq şiələrinin mərcə-i təqlidi və nüfuzlu din xadimi Ayətullah Seyyid Əli Sistaninin ofisi isə yaydığı bəyanatda onun Əli Xameneinin İraqda keçirilməsi planlaşdırılan vida mərasimində iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, fevralın 28-də  öldürülən Əli Xamenei ilə vida mərasimi iyulun 3-də Tehranda başlayıb. Dəfn mərasimi iyulun 9-da onun doğulduğu İranın Məşhəd şəhərində keçiriləcək.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar