SON XƏBƏRLƏR

Müsəlman Dünyası Cəmiyyəti: İranın hücumları dini dəyərləri pozur

2026.07.08, 10:44
Müsəlman Dünyası Cəmiyyəti: İranın hücumları dini dəyərləri pozur

Müsəlman Dünyası Cəmiyyəti İranın Hörmüz boğazında Qətər və Səudiyyə Ərəbistanına məxsus gəmiləri hədəfə almasını kəskin şəkildə pisləyib.

Gunaz.tv

Təşkilatın baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İssanın sözlərinə görə, İranın hücumları "dini dəyərləri, beynəlxalq və humanitar hüququn norma və prinsiplərini pozan, həmçinin regionda təhlükəsizliyin və sabitliyin bərpası istiqamətində göstərilən səyləri sarsıdan təkrarlanan cinayət xarakterli əməllərin" bir hissəsidir.

Müsəlman Dünyası Cəmiyyət İranı regional təhlükəsizliyi, beynəlxalq gəmiçiliyi və qlobal enerji təchizatını təhdid edən bütün fəaliyyətləri dərhal dayandırmağa çağırıb.

Təşkilat həmçinin Səudiyyə Ərəbistanı və Qətərlə tam həmrəy olduğunu bəyan edərək, onların təhlükəsizliyini, gəmilərini və milli maraqlarını qorumaq üçün atdıqları addımları dəstəklədiyini bildirib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar