SON XƏBƏRLƏR

Ərdəbilli milli fəallar qeyri-müəyyən vəziyyətdə saxlanılır

2026.07.11, 12:13
Ərdəbilli milli fəallar qeyri-müəyyən vəziyyətdə saxlanılır

Ötən ayın sonlarında Ərdəbil və Xiyav (Meşgin) şəhərlərində həbs edilən milli fəallar Siyamək Mirzayi, Əli Vasiqi və Əsgər Əkbrzadənin vəziyyəti və ittihamları barədə ailələrinə məlumat verilmir.

Gunaz.tv

Bu barədə fəalların ailələrinə yaxın mənbələr məlumat verib.

Onların sözlərinə görə, məhbusların vəziyyəti ilə bağlı əlaqədar dövlət qurumlarına müraciətlər cavabsız qalıb. Bu isə fəalların İran Kəşfiyyat Nazirliyinin (Ettelaat) tapışırığı əsasında və qanunsuz olaraq həbs edilmələri barədə ehtimalları gücləndirir.

Xatırladaq ki, iyunun 28-də Siyamək Mirzayi Xiyavda (Meşgin), Əsgər Əkbərzadə və Əli Vaseqi isə Ərdəbildə həbs edilib.

Barələrində ittiham irəli sürülmədən həbs edildiklərinə qeyri-müəyyən vəziyyətdə saxlanıldıqlarına etiraz olaraq, fəallar bir neçə gün aclıq aksiyası keçiriblər.

Siyamək Mirzayi və Əli Vasiqi Ərdəbil həbsxanasının 9-cu bölməsinə köçürülsələr də, qaraciyər xəstəliyindən əziyyət çəkən Əsgər Əkbərzadə istintaq təcridxanasında saxlanılır.

Hər üç fəal bundan əvvəl də dinc fəaliyyətlərinə görə həbs ediliblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar