SON XƏBƏRLƏR

SEPAH Əl-Udeyd bazasına raket zərbəsi endirdiyini və Hörmüz boğazında ikinci gəmini hədəfə aldığını iddia edib

2026.07.12, 09:22
SEPAH Əl-Udeyd bazasına raket zərbəsi endirdiyini və Hörmüz boğazında ikinci gəmini hədəfə aldığını iddia edib

Gunaz.tv

SEPAH ABŞ-ın hücumlarına cavab olaraq Qətərdəki Əl-Udeyd hərbi bazasına raket zərbəsi endirdiyini açıqlayıb.

Gunaz TV-nin məlumatına görə, SEPAH ABŞ ordusunun İran Silahlı Qüvvələrinin sahil mövqelərinə hücumlarının davam etməsinə cavab olaraq, Qətərdə yerləşən Əl-Udeyd Hərbi Hava Bazasını ballistik raketlərlə hədəfə aldığını bildirib.

SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi iddia edib ki, hücum zamanı Əl-Udeyd bazasının döyüş təyyarələrinin təmir və texniki xidmət mərkəzi, eləcə də komandanlıq və idarəetmə mərkəzi “tamamilə məhv edilib”.

Bəyanatda həmçinin Hörmüz boğazında ikinci “qayda pozan” gəminin hədəfə alındığı və hərəkətinin dayandırıldığı bildirilib. Lakin gəminin kimliyi və mümkün zərər barədə ətraflı məlumat verilməyib.

SEPAH rəsmiləri İran Dövlət Televiziyasına bildiriblər ki, ABŞ təyyarədaşıyan gəmilərinin logistik dəstək mərkəzləri və Omanın Düqm limanındakı yanacaq doldurma platformaları da “ağır və gözlənilməz” hücum nəticəsində hədəfə alınıb.

SEPAH ABŞ-ı xəbərdar edərək bildirib ki, Vaşinqtonun hücumları davam edəcəyi təqdirdə buna daha sərt cavab veriləcək.

 


Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar