SON XƏBƏRLƏR

Təbrizdə etiraz aksiyası keçirilib

2026.07.13, 11:23
Təbrizdə etiraz aksiyası keçirilib

Ötən gün Təbrizin Daneşvəran şəhərciyində mənzil və torpaq sahəsi alan bir qrup təbrizli etiraz aksiyası keçirib.

Gunaz.tv

Onlar bu haqda sosial mediada məlumat yayıblar.

Şəhər Şurasının binasına toplaşan etirazçılar, 20 ildən çoxdur şəhərcikdəki mənzillər üçün ödəniş etmələrinə baxmayaraq, bu günə kimi onlara mülkiyyət sənədinin verilmədiyini bildiriblər.

Təbriz Şəhər Şurasının başçısı Qulamrza Əhmədi etirazçıların narazılığının əsaslı olduğunu desə də, problemin həll olunması üçün Təbriz Bələdiyyəsinin məsuliyyət daşıdığını söyləyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar