SON XƏBƏRLƏR

Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi fəal xəstəxanaya aparılıb

2026.07.15, 12:34
Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi fəal xəstəxanaya aparılıb

Evin həbsxanasında saxlanılan azərbaycanlı türk siyasi fəalı Araz Aman çərşənbə axşamı, iyulun 14-də səhhətinin kəskin pisləşməsi və insult keçirməsi ehtimalı ilə əlaqədar xəstəxanaya köçürülüb.

Gunaz.tv

Hazırda onun səhhətində yaranan problemin xarakteri, vəziyyəti və ümumi sağlamlıq durumu barədə dəqiq məlumat açıqlanmayıb. Əlavə məlumatın daha sonra veriləcəyi bildirilib.

Araz Amanın sağlamlıq vəziyyəti ilə bağlı narahatlıqlar daha əvvəl də səsləndirilmişdi. Onun həbsdə olduğu müddətdə ciddi çəki itirdiyi, fiziki zəiflikdən əziyyət çəkdiyi və ümumi sağlamlıq vəziyyətinin pisləşdiyi barədə məlumatlar yayılmışdı.

Ailəsi və yaxınları onun təcili tibbi yardım almasını və səhhəti ilə bağlı ictimaiyyətə şəffaf məlumat verilməsini tələb edirlər.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar