SON XƏBƏRLƏR

İranda etirazlar yenidən alovlandı

2026.07.15, 22:30
İranda etirazlar yenidən alovlandı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranla ABŞ arasında gərginliyin artdığı bir vaxtda çərşənbə günü İranın bir neçə şəhərində etiraz və tətil aksiyalarının yeni dalğası başlayıb.

Yayılan videogörüntülərə əsasən, Tehrandakı bazar esnafı valyuta məzənnəsinin yenidən yüksəlməsinə və bazardakı qeyri-sabitliyə etiraz edərək aksiya keçirib və digər tacirləri tətilə qoşulmağa çağırıb.

Eyni zamanda Tehranda etiraz edən sürücülər də aksiya təşkil ediblər. Məlumatlara görə, hökumət qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə ediblər.

Ölkə üzrə Sürücülərin Əlaqələndirmə Birliyi bu müdaxiləni pisləyərək bütün sürücüləri ümumi tətilə qoşulmağa çağırıb və bildirib: “Etiraz etmək cinayət deyil, vətəndaşların qanuni haqqıdır.”

Gilan əyalətində isə İran Taxta və Kağız Şirkətinin işçiləri ödənilməyən əməkhaqları, artıq iş saatlarının ləğvi, maaşların natamam ödənilməsi və verilən vədlərin yerinə yetirilməməsinə etiraz olaraq tətil keçiriblər. Yayılan videogörüntülərdə etirazçı işçilərin müəssisənin baş direktorunu zavodun ərazisindən çıxardıqları görünür.

 


Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar