SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı İranın Küveyt, Bəhreyn və İordaniyaya hücumlarını pisləyib

2026.07.16, 19:23
Səudiyyə Ərəbistanı İranın Küveyt, Bəhreyn və İordaniyaya hücumlarını pisləyib

Səudiyyə Ərəbistanı İranın Küveyt, Bəhreyn və İordaniyaya həyata keçirdiyi hücumları pisləyərək, belə davranışın regional təhlükəsizliyi təhdid etdiyini və beynəlxalq hüququ pozduğunu bildirib. Bu barədə krallığın Xarici İşlər Nazirliyi cümə axşamı açıqlama yayıb.

Gunaz.tv

Nazirliyin bəyanatında deyilir ki, Səudiyyə Ərəbistanı "qardaş ölkələrin İranın amansız hücumlarına cavab olaraq atdıqları bütün tədbirləri tam dəstəkləyir."

Bəyanatda həmçinin vurğulanıb ki, krallıq İranın "regionun təhlükəsizliyi və sabitliyini təhdid edən, beynəlxalq hüququn prinsiplərini və mehriban qonşuluq münasibətlərinin qaydalarını pozan hərəkətlərini" qətiyyətlə pisləyir.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi hərbi eskalasiyanın dərhal dayandırılmasına, dialoqun bərpa olunmasına və mübahisələrin diplomatik yollarla həll edilməsinə çağırıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar