SON XƏBƏRLƏR

ABŞ İranda hakimiyyət daxilində fikir ayrılıqlarını açıqladı

2026.07.16, 20:30
ABŞ İranda hakimiyyət daxilində fikir ayrılıqlarını açıqladı

Ağ Ev İranla diplomatik yolun hələ də açıq olduğunu bildirib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Ağ Evin rəsmiləri ABŞ-ın son hücumlarının İranın memorandumu pozmasına cavab olaraq həyata keçirildiyini bildiriblər.

Rəsmilər qeyd ediblər ki, İran ABŞ ilə əlaqəni davam etdirir və hələ də razılaşma əldə etməyə çalışır.

Ağ Ev rəsmilərinin sözlərinə görə, İran ABŞ-ın hücumlarına qarşı duracaq gücdə deyil və ölkə rəhbərliyi arasında fikir ayrılığı və parçalanma mövcuddur.

Onlar həmçinin vurğulayıblar ki, İran rəhbərliyinin bir hissəsi razılaşmanın tərəfdarıdır və Donald Tramp da mübahisələrin diplomatik yolla həllini dəstəkləyir.

 


Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar