SON XƏBƏRLƏR

İranlı deputat: ABŞ İrana quru əməliyyatı başlatsa, İran Küveyt və Bəhreynə quru hücumları həyata keçirə bilər

2026.07.17, 19:19
İranlı deputat: ABŞ İrana quru əməliyyatı başlatsa, İran Küveyt və Bəhreynə quru hücumları həyata keçirə bilər

ABŞ İrana qarşı quru əməliyyatına başlasa, Tehran Küveyt və Bəhreynə quru hücumları həyata keçirə bilər.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdistani deyib.

"Əgər ABŞ İranda quru qoşunlarından istifadə etsə, biz də Küveyt və Bəhreynə quru hücumları həyata keçirə bilərik," – deyə o bildirib.

Ərdistani ABŞ-ın Xark adasını ələ keçirməklə bağlı təhdidlərinə də toxunaraq deyib ki, Amerika qüvvələri adanı bir günlüyə işğal edə bilər, lakin İran raketlərinin təsir dairəsində olduğu üçün orada qala bilməz.

O iddia edib ki, Xark adasına qarşı mümkün quru hücumu ABŞ hərbçilərini "top yeminə" çevirəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar