SON XƏBƏRLƏR

ABŞ Xark adasında neft tankerinə ikinci dəfə zərbə endirib

2026.07.17, 19:20
ABŞ Xark adasında neft tankerinə ikinci dəfə zərbə endirib

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, Buşəhr valisinin siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə müavini Xark adasında lövbər salmış İran neft tankerinin “ikinci dəfə” ABŞ tərəfindən hədəfə alındığını bildirib.

Ehsan Cahaniyan cümə günü İRNA agentliyinə deyib ki, Xark neft terminalında lövbərdə olan boş “Belma NI 22” neft tankeri “iki Amerika raketi” ilə vurulub.

O əlavə edib: “İki gün əvvəl də bu neft tankeri Xark neft ixrac terminalında lövbər salmasının qarşısını almaq məqsədilə hədəfə alınmışdı.”

Bununla yanaşı, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran rəsmilərinin bu neft tankerinə yenidən hücum edilməsi ilə bağlı iddiasına hələlik münasibət bildirməyib.

Lakin CENTCOM cümə axşamı sübh saatlarında “MT Belma” adlı, Kurasao bayrağı altında üzən neft tankerini hədəfə aldığını və onu sıradan çıxardığını açıqlamışdı. Qurum həmçinin boş neft tankerinin dəniz mühasirəsini yarmasının qarşısının alındığını bildirmişdi.

Beləliklə, İran rəsmiləri Xark adasında “Belma NI 22” neft tankerinə son hücumu ABŞ-la əlaqələndirirlər. CENTCOM isə bu iddianı indiyədək nə təsdiqləyib, nə də təkzib edib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar