SON XƏBƏRLƏR

CENTCOM: İranın İordaniyaya hücumlarında iki amerikalı hərbçi həlak olub

2026.07.18, 19:30
CENTCOM: İranın İordaniyaya hücumlarında iki amerikalı hərbçi həlak olub

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 18-də (27 Tir) bildirib ki, İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar zamanı İordaniyada iki ABŞ hərbçisi həlak olub, daha bir hərbçi isə itkin düşüb.

CENTCOM-un X sosial şəbəkəsində yayımladığı bəyanatda deyilir: “İyulun 17-də ABŞ hərbçilərindən iki nəfər İordaniyada, CENTCOM qüvvələri və tərəfdaşlarının İranın ballistik raketləri və pilotsuz uçuş aparatlarının hücumlarından müdafiəsi zamanı həlak olub. Hazırda daha bir amerikalı hərbçi itkin düşmüş hesab olunur.”

Bəyanatda həmçinin bildirilib ki, daha dörd ABŞ hərbçisi yaralanıb. Onlar İordaniyadakı xəstəxanalarda müalicə aldıqdan sonra evə buraxılıblar. “Yüngül xəsarətlər” alan və tibbi müayinədən keçirilən digər hərbçilər isə xidmət yerlərinə qayıdıblar.

İran İslam İnqilabı Keşikçiləri Korpusu və İran ordusu son iki gün ərzində yaydıqları ayrı-ayrı bəyanatlarda İordaniyadakı ABŞ hərbi bazalarına ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini açıqlamışdılar.

CENTCOM həlak olan ABŞ hərbçilərinin hadisənin hansı ərazidə baş verdiyini açıqlamayıb və onların ailələrinə rəsmi məlumat verilənədək, şəxsiyyətləri də daxil olmaqla əlavə məlumatın paylaşılmayacağını bildirib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar