SON XƏBƏRLƏR

ABŞ-ın İrana qarşı hücumlarının səkkizinci gecəsi başa çatdı

2026.07.19, 07:29
ABŞ-ın İrana qarşı hücumlarının səkkizinci gecəsi başa çatdı

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ Silahlı Qüvvələrinin baş komandanının göstərişi ilə İrana qarşı həyata keçirilən son hərbi əməliyyatlar iyulun 18-i, ABŞ-ın şərq sahili vaxtı ilə saat 23:30-da başa çatıb.

CENTCOM-un açıqlamasına əsasən, ABŞ qüvvələri ardıcıl səkkizinci gecə ərzində İranın sahil müşahidə obyektlərini, hava hücumundan müdafiə sistemlərini, dəniz hərbi imkanlarını, eləcə də raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı mərkəzləri hədəfə alıb.

CENTCOM bildirib ki, bu hücumların məqsədi İranın hərbi imkanlarını daha da zəiflətmək olub.

Komandanlıq həmçinin açıqlayıb ki, ABŞ qüvvələri iyulun 17-də İordaniyada amerikalı hərbçilərə hücum edən SEPAH bölmələrinə də zərbələr endirib.

CENTCOM sonda qeyd edib ki, hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi xidmət aparır və bütün qüvvələr yüksək döyüş hazırlığı və əməliyyat ayıqlığı vəziyyətindədir.

 

 

GunAz TV
R.G

CENTCOM: İranın İordaniyaya hücumlarında iki amerikalı hərbçi həlak olub

2026.07.18, 19:30

CENTCOM: İranın İordaniyaya hücumlarında iki amerikalı hərbçi həlak olub

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar