SON XƏBƏRLƏR

Küveyt: İran Körfəz ölkələrində mülki infrastruktura hücumlara görə tam məsuliyyət daşıyır

2026.07.19, 20:30
Küveyt: İran Körfəz ölkələrində mülki infrastruktura hücumlara görə tam məsuliyyət daşıyır

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, İordaniyanın Xarici İşlər Nazirliyi bazar günü İranın Əmmandakı səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq İrana qarşı rəsmi etirazını bildirib və hücumların dərhal dayandırılmasını tələb edib.

Nazirliyin bəyanatında deyilir ki, İran nümayəndəsinə “İordaniya Krallığının ərazisini hədəf alan İranın davam edən təcavüzkar, vəhşicəsinə və əsassız hərəkətlərinə qarşı sərt etiraz” çatdırılıb.

Eyni zamanda, Küveyt Xarici İşlər Nazirliyi İranın elektrik enerjisi istehsalı və dəniz suyunun şirinləşdirilməsi obyektinə hücumunu pisləyərək bunu mülki həyati infrastrukturun birbaşa hədəfə alınması kimi qiymətləndirib.

Nazirliyin bəyanatında bildirilir ki, mülki obyektlərin təkrar-təkrar hədəfə alınması gərginliyin təhlükəli şəkildə artması deməkdir və beynəlxalq hüququn, BMT Nizamnaməsinin, eləcə də BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin pozulmasıdır.

Küveyt Xarici İşlər Nazirliyi həmçinin vurğulayıb ki, İran bu hücum və onun nəticələrinə görə tam hüquqi və mənəvi məsuliyyət daşıyır.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar