SON XƏBƏRLƏR

Məhbus fəalların ittihamlarını elan edin!- İnsan ahqları fəalları

2026.07.20, 12:23
Məhbus fəalların ittihamlarını elan edin!- İnsan ahqları fəalları

Hazırda Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, əsgər Əkbərzadə və Siyamək Mirzayinin naməlum vəziyyətləri və həbs səbəblərinin elan edilməməsinə etirazlar artıb.

Gunaz.tv

Bu barədə güney azərbaycanlı milli fəallar və insan haqları müdafiəçilərinin yaydıqları bəyanatlar və paylaşımlarında bildirilib.

Onların bildirdiyinə görə, adı çəkilən fəalların barəsində ittiham irəli sürülməməsi, saxlanılma vəziyyətləri barədə ailələrinə açıqlama vrilməməsi məhbus hüquqlarının kobud şəkildə pozulmasıdır.

"Bu, həmin fəalların Kəşfiyyat Nazirliyi və başqa əlaqəli dövlət qurumlarının Güney Azərbaycan milli hərəkatı fəallarına qarşı planlı addımı və təzyiq metodudur",- paylaşımlarda vurğulanıb.

Qeyd edək ki, iyunun 28-də Siyamək Mirzayi Xiyavda (Meşgin), Əsgər Əkbərzadə və Əli Vaseqi isə Ərdəbildə həbs edilib.

Barələrində ittiham irəli sürülmədən həbs edildiklərinə qeyri-müəyyən vəziyyətdə saxlanıldıqlarına etiraz olaraq, fəallar bir neçə gün aclıq aksiyası keçiriblər.

Siyamək Mirzayi və Əli Vasiqi Ərdəbil həbsxanasının 9-cu bölməsinə köçürülsələr də, qaraciyər xəstəliyindən əziyyət çəkən Əsgər Əkbərzadə istintaq təcridxanasında saxlanılıb və o yalnız iyulun 18-də Ərdəbil həbsxanasının 9-cu bölməsinə köçürülüb.

Hər üç fəal bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə həbs ediliblər.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar