SON XƏBƏRLƏR

Bolqarıstan rəsmi olaraq ABŞ-ın yanacaqdaşıyan təyyarələrinə ev sahibliyi edəcək

2026.07.22, 18:15
Bolqarıstan rəsmi olaraq ABŞ-ın yanacaqdaşıyan təyyarələrinə ev sahibliyi edəcək

Bolqarıstan parlamenti ABŞ hərbçilərinin yerləşdirilməsinə razılıq verdi. ABŞ qüvvələri payızadək ölkədəki hərbi bazada qalacaq.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Bolqarıstan parlamenti ABŞ-a məxsus 8 yanacaqdaşıyan təyyarənin və 250 hərbi qulluqçunun Bezmer aviabazasında müvəqqəti yerləşdirilməsini təsdiqləyib.

Qərar çərşənbə günü 136 lehinə, 13 əleyhinə və 2 bitərəf səslə qəbul edilib. Qərara əsasən, ABŞ qüvvələri və təyyarələri 24 iyuldan 1 oktyabradək Bezmer aviabazasında yerləşdiriləcək.

Bolqarıstan rəsmiləri bildiriblər ki, bu təyyarələr yalnız havada yanacaq doldurma missiyalarında istifadə olunacaq və bazada heç bir hücum silahı yerləşdirilməyəcək.

Bu qərar İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin ABŞ-ın Bolqarıstan bazalarından istifadəsi ilə bağlı xəbərdarlığından sonra qəbul edilib. O demişdi ki, ABŞ hücumlarının hazırlanması və həyata keçirilməsində hər cür iştirak və əməkdaşlıq “təcavüz cinayəti və müharibə cinayətlərinin törədilməsində şəriklik hesab olunacaq.”

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar