SON XƏBƏRLƏR

SEPAH: Hörmüz boğazının cənubu minalanıb

2026.07.22, 23:18
SEPAH: Hörmüz boğazının cənubu minalanıb

Gunaz.tv

SEPAH Hörmüz boğazının cənub marşrutunun minalandığını bildirərək, bu ərazidən keçidin ağır nəticələr doğura biləcəyi barədə nadir xəbərdarlıq yayıb.

Gunaz TV xəbər verir ki, SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri və sözçüsü Hüseyn Möhəbi çərşənbə gecəsi X sosial şəbəkəsində gəmiçilik şirkətlərinə müraciətlə yazıb: “Hörmüz boğazının cənubundakı minalanmış marşrut sərmayənizin məhv olacağı yoldur. Uşaq qatili Amerikanın aldatmalarına uymayın.”

Bununla yanaşı, Tasnim agentliyi SEPAH Hərbi Dəniz Qüvvələrinə istinadən bildirib ki, Hörmüz boğazının giriş və çıxışı tam şəkildə bu qüvvələrin nəzarəti altındadır və alternativ marşrutlar təhlükəli və etibarsız hesab olunur.

SEPAH həmçinin gəmiçilik şirkətlərinə alternativ marşrutlardan istifadə etməmələri barədə xəbərdarlıq edərək bildirib ki, bu yollardan keçid “ağır və bərpası mümkün olmayan nəticələrə” səbəb ola bilər.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar