SON XƏBƏRLƏR

Baş nazirin səfəri vasitəçilik məqsədi daşımır- Araqçı

2026.07.23, 16:30
Baş nazirin səfəri vasitəçilik məqsədi daşımır- Araqçı

İraqın baş naziri Əli əz-Zeydi Vaşinqtona səfərindən sonra  Tehrana etdiyi səfərində öz fikirlərini və təəssüratlarını İslam Respublikası rəsmilərinə çatdıracaq, ancaq bu, Tehran və Vaşinqton arasında vasitəçilik demək deyil.

Gunaz.tv

Bunu İran xaric işlər naziri Abbas Araqçı deyib.

Araqçı əlavə edib ki, İraının ABŞ ilə vasitəçi  problemi yoxdur.

"İslam Respublikasının problemi Amerikanın irrasional, həddindən artıq və hegemon yanaşmasıdır və Vaşinqton siyasətini yenidən nəzərdən keçirməlidir",- o bildirib. .

Xarici işlər naziri həmçinin deyib ki, Tehran-Bağdad razılaşmasının həyata keçirilməsi, Ərbəin mərasimləri ilə bağlı məsələlərin koordinasiyası və sərhədlərdə bəzi təhlükəsizlik narahatlıqları İraq baş naziri ilə müzakirə olunacaq.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar