SON XƏBƏRLƏR

Daha iki səfirlik Tehranı tərk etdi

2026.07.23, 22:11
Daha iki səfirlik Tehranı tərk etdi

Daha iki Avropa ölkəsi Tehrandakı səfirliklərinin əməkdaşlarını İrandan çıxardı. Avropa ölkələri niyə Tehrandan çıxır? Diplomatlar niyə İranı tərk edir? Tehranda nə baş verir?

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, bölgədə gərginliyin artması fonunda Almaniya və Fransa Tehrandakı səfirliklərinin bir hissə əməkdaşlarını İrandan çıxarıb. Bu addım Avropa ölkələrinin İrandakı təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlığının daha da artdığını göstərir.

Almaniya mətbuatı cümə axşamı,Tehrandakı Almaniya səfirliyinin əməkdaşlarının İranı tərk etdiyini bildirib.

Eyni zamanda, xəbər mənbələri Fransanın da son təhlükəsizlik gərginliyi səbəbindən Tehrandakı səfirliyinin bir hissə əməkdaşlarını ölkədən çıxardığını xəbər verib.

Bu hadisələr İranın təhlükəsizlik vəziyyəti və mümkün hərbi gərginliyin xarici diplomatik nümayəndəliklərə təsiri ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir.

Həmçinin bu addım ötən ilin Esfənd ayında, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlamazdan əvvəl bəzi Avropa ölkələrinin təhlükəsizlik səbəbilə səfirlik əməkdaşlarının bir hissəsini İrandan çıxarmasını xatırladır.

Qeyd edək ki, Böyük Britaniya da bir gün əvvəl Tehrandakı səfirliyinin britaniyalı əməkdaşlarını müvəqqəti olaraq İrandan çıxardığını açıqlamışdı. Gunaz TV bu barədə daha əvvəl məlumat vermişdi.


Gunaz TV
R.G

 

Britaniya diplomatlarını İrandan çıxardı

2026.07.22, 22:07

Britaniya diplomatlarını İrandan çıxardı

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar