SON XƏBƏRLƏR

Kərəcdə edama məhkum edilən məhbusların aclıq aksiyası davam edir

2026.07.25, 11:33
Kərəcdə edama məhkum edilən məhbusların aclıq aksiyası davam edir

İranın Kərəc şəhərinin Qızılhisar həbsxanasında 13-cü gündür aclıq aksiyası keçirən məhbusların bir çoxunün vəziyyəti ağırlaşıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, məhbusların bir neçəsinin təzyiqinin düşməsinə, sağlamlıq vəziyyətlərində problemlərin meydana gəlməsinə baxmayaraq, həbsxana rəhbərliyinin tapışırığı əsasında onlara tibbi xidmətlərin göstərilmir.

Qeyd edək ki, aclıq aksiyası 6 məhbusun edam qabağı hazırlq üçün təkadamlıq kameraya köçürülməsindən sonra başlayıb. Təkadamlıq kameralara köçürülən 6 məhbusun 5-i edam edilib.

İnsan haqları fəallarının məlumatına görə, aclıq aksiyasına təşkilatçılıq etməkdə günahlandırılan bir neçə məhbus döyülüb və təkadamlıq kameralara salınıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar