SON XƏBƏRLƏR

Senzura olan yerdə diktatura var- Pezeşkian

2026.07.25, 12:26
Senzura olan yerdə diktatura var- Pezeşkian

Ölkədə senzura tətbiqni tənqid edən İran Prezidenti Məsud Pezeşkian hökumətin ifadənin məhdudlaşdırılması ilə bağlı istənilən tələbə qarşı çıxdığını deyib.

Gunaz.tv

O, bu haqda özünün X hesabında yazıb.

“Kiçik və ya böyük, haqlı və ya haqsız, zəruri və ya lazımsız senzura kimi bir şey yoxdur. Senzura tələbi olan yerdə bu, diktaturadır. Hökumət bunu qəbul etmir”,- o bildirib.

Prezidentin mesajının kimə və ya hansı qrupa ünvanlandığı bəlli deyil. Pezeşkian və onun kabinetinin bir neçə üzvü, o cümlədən, Abbas Araqçı və Fatimə Mühacirani son günlərdə İran Yayım Korporasiyasının (IRBC) ABŞ ilə müharibəyə son qoymaq üçün danışıqlarla bağlı xəbərləri işıqlandırmaqdakı fəaliyyətini kəskin şəkildə tənqid ediblər.

Həmçinin, hökumətə bağlı İRNA xəbər agentliyi iyulun 24-də yayımladığı bir xəbərdə “Məsud Pezeşkianın İslam Respublikasının keçmiş liderinin danışıqlarla bağlı fikri ilə bağlı şərhlərinin bir hissəsinin” silinməsini tənqid edib.

Bununla yanaşı Məsud Pezeşkianın oğlu və köməkçisi Yusif Pezeşkian da iyulun 24-də yaydığı mesajda ölkə televizyasının hökumətin rəhbər şəxslərinin çıxış və müsahibələrini senzura etməsini tənqid edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar