SON XƏBƏRLƏR

"Amnesty International" İranda etirazçılara qarşı edamların artması ilə bağlı dünyanı təcili tədbirlər görməyə çağırıb

2026.07.28, 20:11
"Amnesty International" İranda etirazçılara qarşı edamların artması ilə bağlı dünyanı təcili tədbirlər görməyə çağırıb

"Amnesty International" yaydığı bəyanatda bildirib ki, ötən həftə azı üç etirazçının edam edilməsindən sonra çərşənbə axşamı daha iki etirazçının ictimai şəkildə edam olunması İranın müxalif fikri boğmaq üçün ölüm hökmündən istifadəsini daha da genişləndirdiyini göstərir.

Gunaz.tv

Təşkilat xəbərdarlıq edib ki, həbs olunarkən üçü azyaşlı olan şəxslər də daxil olmaqla, azı 60 nəfər edam təhlükəsi ilə üz-üzədir.

"Amnesty International"ın Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Həba Mərayef bildirib ki, İran hakimiyyəti 2026-cı ilin yanvar etirazlarından sonra fərqli fikirləri cəzalandırmaq və güc nümayiş etdirmək məqsədilə edamlar və ölüm hökmlərinin sayını artırır.

O, BMT-yə üzv dövlətləri edamların dayandırılması və İran hakimiyyətinin məsuliyyətə cəlb edilməsi üçün təcili və əlaqələndirilmiş diplomatik addımlar atmağa çağırıb.

"Amnesty International"ın məlumatına görə, İran 2026-cı ilin əvvəlindən bəri yanvar etirazları ilə əlaqədar azı 26 nəfəri, siyasi ittihamlarla isə daha 26 nəfəri edam edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar