SON XƏBƏRLƏR

İranın zərbəsi Küveytdə Çin şirkətinə məxsus binanı vurdu, bir nəfər həlak oldu

2026.07.30, 11:32
İranın zərbəsi Küveytdə Çin şirkətinə məxsus binanı vurdu, bir nəfər həlak oldu

İranın cümə axşamı həyata keçirdiyi zərbə nəticəsində Küveytin şimalında Çin şirkətinə məxsus bina vurulub. Hadisə zamanı bir işçi həlak olub, binaya isə ciddi ziyan dəyib.

Gunaz.tv

Bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin sözçüsü polkovnik Səud Əbdüləziz əl-Atvan bildirib ki, aidiyyəti qurumlar hadisədən dərhal sonra əraziyə cəlb olunub və insident digər dövlət qurumları ilə koordinasiyalı şəkildə araşdırılır.

Küveyt Silahlı Qüvvələri isə ölkənin suverenliyini, təhlükəsizliyini və sakinlərini qorumaq üçün tam hazırlıq vəziyyətində olduqlarını bəyan edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar