SON XƏBƏRLƏR

İraqın Baş naziri İrana bağlı silahlı qruplarla əlaqədar üçüncü fövqəladə təhlükəsizlik iclasını keçirdi

2026.08.02, 11:38
İraqın Baş naziri İrana bağlı silahlı qruplarla əlaqədar üçüncü fövqəladə təhlükəsizlik iclasını keçirdi

İraqın Baş naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı bölgədə artan təhlükəsizlik gərginliyi fonunda İrana bağlı silahlı qruplarla bağlı üçüncü fövqəladə iclasa rəhbərlik edib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İraqın Baş naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Əli Falih əz-Zeydi şənbə günü bölgədəki təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün keçirilən fövqəladə iclasa sədrlik edib.

İclas İranın dəstəklədiyi silahlı qrupların region ölkələrinə qarşı həyata keçirdiyi pilotsuz uçuş aparatları hücumlarından sonra keçirilib.

Əli Falih əz-Zeydi iclasda İraq ərazisindən qonşu ölkələrə qarşı hər hansı hücum və ya təhdidin qarşısının alınmasının vacibliyini vurğulayıb.

O, təhlükələrlə mübarizə üçün birgə təhlükəsizlik komitəsinin yaradılması barədə göstəriş verib və bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq məqsədilə çəkindirici mexanizmlərin hazırlanmasını istəyib.

Bu, son iki həftə ərzində İraq Milli Təhlükəsizlik Nazirlər Şurasının keçirilən üçüncü fövqəladə iclasıdır.

Birinci iclas Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə pilotsuz uçuş aparatları ilə edilən hücumlardan sonra keçirilmişdi. Həmin iclasda Əz-Zeydi silahın yalnız dövlətin nəzarətində olmalı olduğunu vurğulamış və hər iki ölkə ilə koordinasiya üçün yüksək səviyyəli komitənin yaradılması barədə göstəriş vermişdi.

İkinci iclas isə çərşənbə günü ABŞ və Səudiyyə Ərəbistanının İraq ərazisinə birgə hava zərbələrindən sonra keçirilmişdi. Şura həmin hücumları pisləmiş və Bağdadın məsələ ilə bağlı tərəflərlə danışıqlar apardığı bir vaxtda bu əməliyyatın həyata keçirildiyini bildirmişdi. “Həşd əş-Şəəbi” isə həmin hücumlarda ən azı 20 üzvünün öldüyünü açıqlamışdı.

Əli Falih əz-Zeydi həmçinin cümə axşamına planlaşdırılan Səudiyyə Ərəbistanına səfərini təxirə salıb.

 


GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar