SON XƏBƏRLƏR

"Traktor" tərəfdarına ağır həbs cəzası verildi

2026.08.05, 11:13
"Traktor" tərəfdarına ağır həbs cəzası verildi

Təbrizin "Traktor" futbol komandasının tərəfdarı kimi tanınan və Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərindən olan Tohid Xademiyə aır həbs cəzası verilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Təbriz İnqilab Məhkəməsi onu "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "hökumətə qarşı təbliğat" ittihamlarına görə, 10 il 9 ay azadlıqdan məhrum edib.

Tohid Xademi ötən il saxlanılıb və 23 gündən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

İnsan haqları təşkilatları ona qarşı irəli sürülən ittihamların əsasız olduğunu və Kəşfiyyat Nazirliyinin diktəsi ilə irəli sürüldüyünü bidirirlər.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar