SON XƏBƏRLƏR

Vens: İranın parçalanmış sistemi danışıqları çətinləşdirir

2026.08.06, 11:02
Vens: İranın parçalanmış sistemi danışıqları çətinləşdirir

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İranın daxili siyasi sistemində fərqli mövqelərin mövcud olduğunu bildirib.

Gunaz.tv

Vens bu barədə "Fox News"a müsahibəsində deyib.

O qeyd edib ki, İran daxilində həm müharibənin başa çatmasını istəyənlər, həm də onun davam etməsini dəstəkləyən radikal qüvvələr var.

"Birincisi, iranlılar son dərəcə çətin insanlardır. İkincisi, onların parçalanmış sistemi var. Bu sistemdə müharibənin başa çatmasını istəyən insanlar olduğu kimi, onun davam etməsini istəyən radikallar da var", – Vens vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqtonun vəzifəsi bu vəziyyəti düzgün idarə edərək, ABŞ xalqı və Prezident üçün ən yaxşı nəticəni əldə etməkdir.

"Düşünürəm ki, nəticəyə gələcəyik. Bu, qarışıq proses olacaq və vaxt aparacaq, amma sonda buna nail olacağıq. Bu gün neftin qiyməti 79 dollar idi. Neft qiymətləri aşağı düşəcək və aşağı səviyyədə qalacaq", – Vens əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar